Jepretan layar:
Deskripsi
Həmişə yenilənən, həmişə təkmilləşən Windows dil təcrübəsi! Windows indi Microsoft Store vasitəsilə pulsuz dil yeniləmələrini təqdim edir. Bu o deməkdir ki, biz davamlı olaraq yerli dilinizi təkmilləşdirə və avtomatik olaraq bu yeniləmələri cihazınıza göndərə bilərik. Lokal Təcrübə Paketi proqramını quraşdırmaqla, dilinizdə olan Windows mətni hər zaman yenilənmiş olacaqdır. Windows mətnini yerli dilinizdə daha da yaxşılaşdırmaqda maraqlısınız? Siz Windows ilə birgə təqdim olunan Rəy Mərkəzi proqramını istifadə etməklə, asanlıqla mətn təkmilləşdirmələrinə dair təkliflər verə bilərsiniz. Sadəcə Cortana axtarış qutusuna “Rəy Mərkəzi” yazı və ya Windows düyməsi + F basıb saxlayın. Qeyd: Orfoqrafiya lüğətləri və nitq kimi əlavə dil dəstəyi xüsusiyyətləri də quraşdırıla bilər. Yaddaş tələbləri quraşdırılan xüsusiyyətlərə görə fərqlənir.